​''Müsəlman miqrantları kimsəsiz adaya göndərmək lazımdır'' - Çexiya prezidenti

 
Çexiya prezidenti Miloş Zeman bəyan edib ki, mədəniyyətlərin uyğun gəlməməsi üzündən islam miqrasiyasını Avropaya buraxmaq olmaz.
 
Avropa.info xəbər verir ki, o, miqrantları kimsəsiz yunan adalarına yaxud Şimali Afrikanın adam yaşamayan yerlərinə göndərməyi təklif edib. O, bu təkliflə Yunanıstanın Rodos adasında keçirilən “Sivilizasiyaların dialoqu” forumunda çıxış edərkən danışıb.
 
“The Financial Times” yazır ki, Zeman hətta qaçqınlara ayrılacaq yerə görə, Yunanıstanı xarici borclardan azad etməyi təklif edib.
 
“Mən iqtisadi miqrantların deportasiyasına tərəfdaram. Əlbəttə, mən Suriyada, İraqda və başqa ölkələrdə gedən vətəndaş müharibəsinin qəddarlığını başa düşürəm. Ancaq söhbət yalnız iqtisadi miqrantlardan söhbət gedir”.
 
Zeman qeyd edib ki, Rusiya, Belorus, Ukraynadan gələn miqrantlara qarşı heç bir iradı yoxdur:
 
“Mən mədəniyyətlərimizin tamamilə uyğun gəlməməsi üzündən yalnız islam miqrasiyasına qarşıyam”.
 
Çex prezident Avropada islam dininə inanan insanların çoxalmasını, keçən əsrin 30-cu illərində Almaniyada nasizmin yayılması ilə müqayisə edib.