Musiqi dinləyən zaman belə hal baş verirsə, xüsusi bir beyinə sahibsiniz - MARAQLI

Baxış sayı: 
177
0  
0  

 
 
Gözəl bir musiqi dinləyərkən qolunuzdakı tüklərin tikan-tikan olduğunu müşahidə etmisinizmi?
 
Musiqi dinləyərkən tüklərin tikan tikan olması, yaxud da boğazın düyünlənməsi olduqca nadir və bənzərsiz bir hissdir.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da bu hissin insana necə təsir etdiyini öyrənmək məqsədilə musiqi dinlədikdən sonra duyğulanan  insanlar üzərində araşdırma aparılıb.
 
20 tələbə üzərində təcrübə aparılıb və musiqi ilə duyğulanan tələbələrin sayı 10 olub. 
 
 
 
Musiqiyə qarşı duyğusal və ya fiziki reaksiyalar verən şəxslərin heç bir reaksiya verməyən insanlara görə daha müxtəlif beyin quruluşları olduğu məlum olub.
 
Araşdırma nəticəsində bu cür insanların eşitmə korteksi və duyğular nəticəsində təsirlənən sahələri birləşdirən lif həcmlərinin daha sıx olduğu da öyrənilib. Bu da bir insanın başqaları ilə daha yaxşı ünsiyyət quracağı anlamına gəlib.
 
 
 
Həmçinin musiqi dinləyərkən diksinən, tükləri tikan tikan olan şəxslərin daha güclü və intensiv hisləri olduğu da məlum olub.
 
Kamran

Загрузка...
Загрузка...