Müşfiq Hətəmov aktyorun sərt ifadələrinə CAVAB VERDİ: “Guya Hikmət mükafat alıb...”

Baxış sayı: 
168

“Yerlibazlıq etmək heç xasiyyətim deyil. Mən belə söz işlətmərəm, heç işlətməmişəm”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Film Kinostudiyanın direktoru Müşviq Hətəmov deyib.
O, Türkiyədə 5-ci Antakya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi aktyoru” nominasiyasının qalibi olan aktyor Hikmət Rəhimovla arasında yaranan gərginliyə münasibət bildirib.
Bir sıra mətləblərin üstünü açan M.Hətəmov Hikmət Rəhimova hörmət bəslədiyini bəyan edib: “Hikmətin xətrini çox istəyirəm, həmişə ona bir aktyor, bir insan kimi hörmətlə yanaşmışam. Çalışmışam ki, əlimdən gəldiyi qədər dəstək verim. O, sadəcə festivalda qeydiyyat prosesini yaxşı bilmir və buna görə də, bizi günahlandırır. Guya Hikmət mükafat alıb, ancaq biz gətirib vermirik. Halbuki, festival mükafatı özü göndərməlidir. Maksimum müddət isə bir aydır. Deyirlər ki, guya Hikməti dəvət ediblər, biz maliyyə ayırıb göndərməmişik. Festival müxtəlif nominasiyalar üzrə qalib gələn şəxslərin ora getməsini özü maliyyələşdirir. İstisna hallarda bu xərcin yarısını studiya ödəyir. Filmi festivallara göndərmək, prokatını təşkil etmək prodüserin işidir. Hikmət bu mükafatı hallıqla qazanıb”.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...