​Musa Yaqub, Vaqif Səmədoğlu, Fikrət Qocanın Nadir fotoları

 
 
 
 
Moderator.az Azərbaycan ədəbiyyatının tanınmış simalarının nadir uşaqlıq fotolarını təqdim edir:
 
1-Bu foto 1960-cı ildə çəkilib. Gələcəyin xalq şairi Zəlimxan Yaqub sinif yoldaşları Mövlud və Süleymanla birlikdədir.
 
 
 
2-Musa Yaqub bu şəkli 1950-ci ildə çəkdirib. Şairin yanında ata-anası ilə yanaşı, qonşuları da var.   
 
 
 
3-O zaman Məmməd Aslan 5-ci sinifdə oxuyurdu. Özünün güman etdiyinə görə foto 1949-cu ildə ya məktəbə gedəndə, ya da məktəbdən qayıdanda çəkilib. 
 
 
 
 
4-Bu fotoda Vaqif Səmədoğlunun 10 yaşı var. 1949-cu ildə çəkilən fotodakı qadın şairin anası Xavər xanımdır.
 
 
 
5-Xalq şairi Fikrət Qoca cəmi iki yaşındadır. Şəkildə balaca Fikrətin yanında dayananlar atası Göyüş Qocayev, anası Xara xanımdır.  Foto 1937-ci ildə çəkilib.  
 
 
 
6-Deputat, yazıçı Aqil Abbas özündən yaşca böyük olan qohumunun yanında dayanıb. Foto 1966-cı ildə Şuşanın məşhur Turşsu deyilən yerində çəkilib.   
 
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...