​Musa Qurbanov cibindən "Zaqatala"ya nə qədər pul xərcləyib?

 
    
 
Xəbər verdiyimiz kimi, "Zaqatala"nın prezidenti Musa Qurbanov tutduğu postdan istefa verib və istefa ərizəsini AFFA-nın baş katibi Elxan Məmmədova təqdim edib. Məmmədov isə istefa ərizəsini qəbul etməyib və Qurbanovdan bir qədər səbrli olmasını istəyib.
 
Deyilənə görə, Musa Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevin ölkə xaricindən geri dönməsini gözləyir ki, onunla görüşüb büdcəni müzakirə eləsin. Əgər büdcədə hər hansı artım olmasa, Qurbanov hazırkı büdcə və maddi imkanlarla komandada qalmaq istəmir.
 
Rekord.az-ın əldə etdiyi məlumata görə, federasiyadan ayırılan vəsait normal komanda saxlamaq üçün kifayət etmir.
 
Xərclər artıb, büdcədə isə artım yoxdur. Qurbanov məcbur olub cibindən komandaya pul xərcləyir. Tək birinci dövrədə o, öz cibindən "Zaqatala" üçün 15 min manata yaxın pul xərcləyib. Təbii ki, özünün də dediyi kimi, olliqarx olmadığı üçün onun da imkanları bir yerə qədərdi.
 
Cebhe.info

Загрузка...
Загрузка...