Müqəddəs Məkkə şəhərinə atılan raket vurulub

Yəməndə qanuni hakimiyyəti dəstəkləyən Koalisiya Qüvvələri  tərəfindən 27 oktyabr tarixində, yerli vaxtla saat 21:00-da Husi yaraqlılarının Yəmənin Sadə vilayətindən müqəddəs Məkkə şəhərinə tərəf atdığı ballistik raket vurulub.Belə ki, havadan müdafiə vasitələri müqəddəs Məkkə şəhərindən 65 km aralıda raketin qarşısını alaraq onu məhv edib.   Koalisiya Hərbi Hava Qüvvələri raketin atıldığı mövqelərə cavab atəşi açıb.(Strateq.az)