Müəllimlərinin az qala, məhv edəcəkləri Azərbaycan klassikləri- Gizli tarix

Baxış sayı: 
228
0  
0  

 
 
 
 
5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Azərbaycanın XIX əsrin sonlarında meydana gələn maarifçilik hərəkatı daha çox məktəbin, müəllimin adı ilə bağlıdır. Həmin müəllimlərdən bir çoxu sonradan mətbuat və ictimai sahələrə üz tutdular. Lakin fakt öz faktlığında qalırdı: onları məktəb yetişdirmişdi və hansı sahədə çalışmalarından asılı olmayaraq, hər yanda müəllim kimi qala bildilər.
Sonradan mətbuatımızın əsasını qoyan bu klassiklərə müəllim peşəsini sevdirəcək bir amil də var: onlar vaxtikən, bəzi müəllimlərin çox sərt reaksiyası ilə üzləşmiş, bu gözəl məsləyin o qədər də layiqli insanların danışmadıqlarının şahidi olmuşdular. Bu səbəbdən də, özləri sonradan müəllim kimi çalışdıqdarında şagirdlərinə qarşı valideyn məhəbətini əsirgəməyiblər.
 
Moderator.az təqdim edəcəyi yazıda müəllimlərinin az qala, məhv edəcəkləri Azərbaycan klassiklərindən bəhs olunacaq:
 
Ömər Faiq Nemanzədə- İstanbulun “Dar-üş şəfəq” məktəbində oxuyan zaman tələbə dostları ilə birgə üsul-idarəyə qarşı qaldırdığı qiyam olub. Belə ki, başqa tələbələrlə birgə onu da həbs edib şallaqlayırlar. 30 şallaqdan sonra huşunu itirən Öməri sonra elə o məktəbin həyətində zirzəmilərdə hazırlanmış təkadamlıq kameraya salırlar. Həmin kameranın yalnız yuxarısında çox kiçik bir nəfəslik olub ki, ordan da gündə bir dəfə para çörək və su verirlərmiş. O illəri Nemanzadə bu cür xatırlayır:
“ O zaman mənim payıma 30 zopa ilə, bir ay həbs düşdü. Zopalardan sonra yarım saata qədər olduğum yerdən qalxa bilmədim. Qalxandan sonra isə düz həbsə göndərildim. Bu həbs yadıma gələndə indi də diksinirəm.
 
 
 
Bu həbsxanaya döşək nədir, adicə həsir belə qoymazdılar. Buradakılar çörək nədir bilməz, adicə quru çörəyə belə, həsrət çəkərdilər. İşıq deyilən şey görünməzdi. Gecə ilə gündüz bilinməzdi. Bir aydan sonra oradan çıxdım. Zəiflikdən gəzə bilmirdim. 2 aya qədər xəstəxanada yatdım.
İki-üç ay qalıb sağ çıxan yoldaşlarımı isə tanımaq olmurdu. Çoxunun vücudu ərimiş, qurumuşdu”.
 
Süleyman Sani Axundov- Müəllimlər Seminariyasının son sinfində oxuyarkən növbətçi olan zaman tələbələr üçün göndərilən çörəyin keyfiyyətsiz olduğunu görüb seminariyanın inspektoru məşhur Çernyayevskiyə müraciət edir. Çörək geri qaytarılır.  Axundov isə seminariya fondundan pul götürərək lazımı qədər çörək alır. Çörəkçi gənc tələbədən hər çörəyə görə 1 manat, 20 qəpik dəyərində pul alır. Bu, əslində, bütün çörək dükanlarındakı normal qiymət idi. Lakin inspektor Çernyayevski  bir gündən sonra həmin dükanın yanından keçərkən, çörəyin qiymətini soruşur. Çörəkçinin köməkçisi özünü dəblə geyinmiş, yüksək zümrəli şəxsləri xatırladan müəllimə yaxşı göstərməkdən yana çörəyin qiymətini ucuz deyir- 1 manat. Əsəbləşən inspektor seminariyaya gəlir. Həmin gün çörək alan Axundovu fırıldaqçılıq və tamahkarlıqda günahlandırır. Axundov nə qədər həqiqəti danışsa da, xeyri olmur. Nəticədə, az qala, seminariyadakı bütün müəllim və tələbələrin ona münasibəti dəyişir. Hər zaman xətirini istədikləri Axundova soyuq davranır, ondan atmacalarını əsirgəmirlər. Bütün bunlar Süleyman Saniyə ağır təsir edir. Tərəddüd etmədən seminariyanın növbətçilik nişanını gətirərək, Çeryayevskinin masasının üzərinə tullayır. Bu hərəkət inspektoru qəzəbkəndirir. Nəticədə onun işini təlim-tərbiyə işlərinə nəzarət edən pedaqoji sovetə verirlər. Pedaqoji sovet onun təlim-tərbiyə qiymətini birbaşa “5”-dən “3”-ə endirir. Bu isə Axundov üçün ölüm demək idi. Bir müddət nə edəcəyini bilmir. Hələ bu azmış kimi inspektor Aleksey Osipoviç Axundovun dayısı, dövrünün tanınmış aydını Səfərəli bəy Vəlibəyva məktub yazaraq, bacısığlunu fırıldaqçılıq və oğurluqda günahlandırır. Səfərəli bəy onun bu iddiasını rədd edir. Məsələ ilə özü maraqlanır. Seminariyanın bir neçə  müəllimi ilə özü şəxsən həmin çörək dükanına gedir. Öyrənir ki, orada çörəyin qiyməti hər zaman 1 manat 20 qəpik olub. İndi də elədir. Lakin şagird nə üçüncə Osipoviçə qiyməti bir manat kimi göstərib.
 
 
 
Lakin artıq çox gec idi. Axundova qarşı fikir çoxdan dəyişmiş, pedaqoji sovet də öz kafi qiymətini vermişdi. Onda Axundovun qarşısında yalnız bir yol qalır: özünə qəsd etmək!  Müəyyən yolla tapança əldə edir. 1893-cü ilin 22 yanvar gecəsində özünü öldürməyə cəhd edir. Hətta özünə atəş də açır. Lakin möcüzə nəticəsində sağ qalır;
 
Elmin Nuri

Загрузка...
Загрузка...