​Müəllimlərə xəbərdarlıq

 
Noyabrin 21-23-də Quba Olimpiya İdman Kompleksində Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur.
Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərdən şəxsiyyət vəsiqəsinin əslini təqdim etmək tələb olunur.

Загрузка...
Загрузка...