“Müəllimlər günü” ilə bağlı endirim fotosu sərt tənqid olundu

Baxış sayı: 
234
0  
0  

 
 
Azərbaycanın məşhur kitab mağazaları şəbəkəsi olan “Əli və Nino”  5 oktyabr müəllimlər günü münasibətilə keçirdiyi kampaniya müzakirələrə səbəb olub.
 
Mağaza bununla bağlı hazırladığı posteri öz səhifəsində başlayıb.  Elanla  bağlı seçilən müəllim şəkli isə tənqidlərə səbəb olub.
 
Belə ki, sosial şəbəkə istifadəçiləri həmin şəklin Azərbaycan müəllimi obrazına tamamilə zidd olduğunu vurğulayıblar.
 
***
 
Qeyd edək ki, “Əli və Nino”nun səhifəsinə yazılan sərt şərhlərdən sonra sözügedən foto silinib.
 
***
 
Sözegedən qalmaqallı reklamla bağlı  “Əli və Nino” səhifəsi üzr istəyib:
 
"Əziz dostlar, aksiya haqqında qoyulan poster dizaynerin "zarafatı" idi. Buna görə hamıdan üzr istəyirik!
 
Aksiyamız davam edir, yolunuzu gözləyirik!"(Qafqazinfo)

Загрузка...
Загрузка...