Müəllim, tarixçi və yazıçının yaratdığı QƏHVƏ: “Starburcks” dünyanı necə FƏTH ETDİ?

Yağışlı, küləkli payız günlərində, şaxtalı, qarlı qış aylarında ürəyimizi isidib, əhvalımızı yüksəldib, bol enerji verən ətirli qəhvəni heç nə əvəz edə bilməz. Qəhvə mədəniyyəti daha çox qərb ölkələrinə məxsusdur. Parisin, Romanın və digər meqapolislərin küçələrində qarşı-qarşıya əyləşib saatlarla kiçik fincandan qəhvə içib, isti söhbət edən insanlar bu şəhərlərə xüsusi kolorit və gözəllik qatır. Hər döngəni bürüyən zərif bəzən acı, bəzən də şipşirin qəhvə ətrini sevməmək mümkün deyil. Artıq dünyanın ən möhtəşəm şəhərlərilə müqayisə edilən paytaxtımızın kafe və restoranlarında da qəhvə mədəniyyəti formalaşıb.
Qəhvə biznesi imperiyasının parlaq nümunəsi “Starburcks” şəbəkəsi dünyanın bütün nüfuzlu şəhərlərində, o cümlədən Bakıda da müştərilərinə çeşidbəçeşid qəhvə növləri təklif edir.
Bəs 46 yaşlı bu qəhvə biznesi imperiyasının tarixi haqda nə bilirik?
 
Publika.az xəbər verir ki, 1971-ci ildə 3 ABŞ sakini qəhvə mağazası açmaq qərarına gəlirlər. İngilis dili müəllimi Cerri Bolduin, tarixçi Zev Ziqal və yazıçı Qordon Bouker yaxın dost idilər. Qəhvə içmək həvəskarı olan bu üçlük haradan bilərdilər ki, vaxt gələcək açılışına kiçik sərmayə qoyduqları bu mağaza milyonlarla gəlir gətirən nəhəng imperiyaya çevriləcək. İnanmaq çətin olsa da, tərəfdaşların hər biri mağazanı açmaq üçün cəmi 1350 dollar pul xərcləyirlər. Bir neçə aydan sonra isə bankdan 5000 dollar kredit götürüb, sərmayəyə əlavə edirlər.
Yaradıcıların hər üçü savadlı və dünyagörüşlü insanlar idilər. Odur ki, mağazanın adı da özündə bu keyfiyyətləri ehtiva etməli idi. Uzun müzakirələrdən sonra XIX əsrin klassik yazıçısı, dənizçi German Melvillin “Mobi Dik” əsərinin qəhrəmanı Starbekin şərəfinə “Starburcks” adlandırılır. Səbəb bu qəhrəmanın tez-tez qəhvə içməsi idi. Mervil dənizçi idi, odur ki, brendin loqosu və mağazanın dizaynında da bu özəlliklər önə çəkilməli idi.
 
Loqotipi yaradan rəssam Terri Hekler bütün bunları nəzərə alıb, ən az qəhvə rahiyyəsi qədər insanları mağazaya cəlb edəcək maraqlı təsvir düşünür. O sinəsi çılpaq su pərisi əks olunmuş qəhvəyi rəngli loqotipi mağazanın vitrininə həkk edir. Su pərisi qəhvənin uzaqlardan gətirlidiyini əks etdirməli idi. Lakin insanlar çılpaq qadın sinəsinə qarşı birmənalı yanaşmırlar və rəssamı tənqid atəşinə tuturlar. Hekler pərinin döşlərini uzun saçları ilə qapamaq qərarına gəlir və beləcə, gəzən söz-söhbətə son qoyur. Maraqlısı odur ki, Sietl şəhərindəki ilk Starbaks mağazasında hələ də həmin çılpaq pərinin təsviri durur.
Artıq uzun müddətdir ki, şəbəkənin loqotipinin rəngi yaşılla əvəz olunub, su pərisinin təbəssümü və siması ön plana çəkilib, həmçinin kənarlarında ulduz həkk edilib.
 
Lakin idarə heyəti yenidən qəhvəyi rəngi geri qaytarmaq fikrindədirlər.
İlk mağazanın dizaynı da dənizi, mavi dalğaları xatırlatmalı idi. Bütün bu xırdalıqlar da nəzərə alındı, nəticədə işıqlı, nəfis dizaynlı ilk Starbaks fəaliyətə başladı.
Öncə yaradıcılıar qəhvə seçimi və toxumların düzgün qızardılması, üyüdülməsi kimi çətin prosesləri digər mütəxəssislərdən öyrəndilər. Daha sonra özləri qəhvə qızardıb, üyüdən firma açmağa qərar verdilər. Beləcə, ikinci mağazanın fəaliyyətinə də ehtiyac yarandı.
1982-ci ildə Starbaks şirkətinin idarə heyətinə yeni tərəfdaş dəvət olunur. Hovard Şults adlı təcrübəli inzibatçı Milana səyahət etdiyi zaman şəhərin qəhvə mağazalarında fincanda hazır qəhvə satıldığının şahidi olur. Bu təcrübəni gerçəkləşdirmək üçün digər həmkarları razılıq verməli idilər. Lakin möhtəşəm üçlük adət-ənənələrin pozub, yeni ideyalar sınamaqdan boyun qaçırırdılar. Onlar düşünürdülər ki, fincanda hazır qəhvə satsalar, mağazanın qaydalarını pozmuş olacaqlar və əsl qəhvə evdə bişirilməlidir.
 
Şults öz ideyasına o qədər güvənirdi ki, şirkətdən ayrılıb, Giornale adlı öz qəhvə kafesini açdı. 1985-ci ildə Qəhvə evi öz qapılarını qonaqlarının üzünə açdı. İki ildən sonra isə, Şults Starbaksı sabiq tərəfdaşlarından 4 milyon dollara alır. Bu məshələti ona Microsoft şirkətinin yaradıcısı Bill Qeyts verir. Beləcə, 3 tərəfdaş layiqli mükafatlarını alıb, biznesdən uzaqlaşırlar, Şults isə azadlıq əldə edib, Strabaks biznesini günbəgün təkmilləşdirir.
 
1987-ci ildə şirkət Starbaks Korporeyşn (Sturbucks Corporation) adı ilə əvəzləndi. Növbəti ildən isə poçt ticarətinə başladı və məhsullarından ibarət ilk kataloq buraxdı. 7 ildən sonra Starbaks ABŞ-ın 165 nöqtəsində fəaliyyət göstərməyə başladı. 1996-cı ildə şəbəkə ölkənin sərhədlərindən kənara çıxaraq, Yaponiyada ilk qəhvə evini açdı. 2010-cu ilin statistik nəticələrinə əsaslansaq, dünyanın 45 ölkəsində 15700 Starbaks kafesi fəaliyyət göstərir. Onların 7500-ü şirkətin özünəməxsusdur. Yerdə qalanları isə lisenziya ilə açılıb.
 
Starbaksda müştərilərə ənənəvi qəhvədən əlavə yaşıl qəhvə, çay növləri, sərinlədici içkilər də təklif olunur. Şəbəkənin kafelərinin əməl etməli olduqları bir qayda var. Starbaks məkanının üzü mütləq şərqə və cənuba baxmalıdır ki, müştərilər işıqlı gündən zövq alsınlar, eyni zamanda günəşin şüaları gözlərini qamaşdırmasın.
Bu qədər müdrik və dərin fəlsəfi fikir yalnız nəhəng biznes imperiya yaradıcılarına xas ola bilər.
Leyla Sarabi

Загрузка...
Загрузка...