“Müharibə hələ bitməyib, Rusiya...” - Amerikalı polkovnik qorxunc PLANI AÇIQLADI

Baxış sayı: 
201

ABŞ Suriya hakimiyyətini İSİD terror təşkilatı ilə təhdid etməyə davam edir.
Publika.az Türkiyənin “Aydınlıq” nəşrinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyində (Pentaqon) telekonfrans vasitəsilə Suriya və İraqdakı vəziyyət barədə jurnalistlərin suallarını cavablandıran İŞİD-lə mübarizə üzrə qərb koalisiyasının sözçüsü polkovnik Ryan Dillon terror təşkilatının Dəməşqə doğru irəlilədiyini bildirib.
“İŞİD Suriya və İraqda bir zamanlar ələ keçirdiyi torpaqların az qala hamısını itirdi, ancaq bu, mübarizənin başa çatdığını göstərmir. İŞİD-in Suriyada tamamilə məğlub edildiyi barədə Rusiyanın bəyanatları doğru deyil. Təşkilat yeni vəziyyət və şərtlərə asan uyğunlaşmanı təmin edir”, - amerikalı hərbçi söyləyib.
Dillon yüzlərlə İŞİD terrorçusunun Suriya rejiminin nəzarət etdiyi Dəməşqin cənub bölgələrinə keçdiyini qeyd edib. Rusiya və Suriya güclərinin müdafiə qabiliyyətinin zəif olduğunu iddia edən polkovnik terrorçuların məhz rejimin nəzarət etdiyi ərazilərdən keçərək Dəməşqə yaxın bölgələrdə yerləşdiyini deyib. O, terrorçuların ABŞ-ın dəstəklədiyi müxalifət güclərinin olduğu El-Tanif bölgəsinə də keçməyə çalışdığını, ancaq koalisiyanın dəstəyi ilə bu cəhdin qarşısının alındığını iddia edib.
Türkiyənin “Anadolu” agentliyinin müxbiri Dəməşqin cənubuna keçən İŞİD üzvləri arasında PYD/PKK terror təşkilatının İŞİD-lə əldə etdiyi razılaşma çərçivəsində Rakkadan çıxarılaraq sərbəst buraxılan döyüşçülərin olub-olmadığını soruşub.
Dillon cavabında “Biometrik yoxlamadan keçirdiyimiz İŞİD döyüşçülərinin Suriya və İraqın hər hansı bir bölgəsində qarşıdurmaya girdiyini görmədik” deyib. Lakin mətbuat konfransının iştirakçıları polkovnikin bu cavabını inandırıcı hesab etməyiblər.
Jurnalistlərdən biri Rusiya və İranın rəsmi Dəməşqin dəvəti ilə Suriyada olduğunu, ABŞ-ın isə hansı hüquqi əsaslarla bu ölkəyə girdiyini soruşub. İŞİD-in yalnız İraq və Suriya deyil, dünya üçün bir təhdid olduğunu deyən Dillon Suriyaya “yerli tərəfdaşlar” adlandırdığı PYD/PKK (PYD PKK terror təşkilatının Suriya qanadı –red.) tərəfindən dəvət edildiyini vurğulayıb.
“Aydınlıq” qəzetinin yazdığına görə, amerikalı hərbçinin “İŞİD Dəməşqə doğru hərəkət edir” açıqlaması Pentaqonun İŞİD-lə bağlı planının etirafı anlamına gəlir.
“PKK/PYD ilə İŞİD arasında sanki yer dəyişdirmə oyunu oynayan ABŞ İŞİD-dən boşalan ərazilərə PYD-ni yerləşdirir. İŞİD döyüşçüləri isə başqa bölgələrə istiqamətləndirilir. Beləliklə, İŞİD bəhanəsi ilə ABŞ-ın müdaxilə edəcəyi yeni ərazilər yaranır. Digər tərəfdən də terrorçulardan Suriya ordusunun irəliləyişinə mane olmaq üçün istifadə edirlər. Bu gerçək Suriya və Rusiya hökumətləri tərəfindən dəfələrlə gündəmə gətirilib. Rusiyanın Xarici İşlər Nazirliyinin açıqladığı məlumata görə, ABŞ Suriyanın şimalında, aralarında İŞİD döyüşçülərinin də olduğu rejim əleyhdarı cihadçı qruplardan yeni bir ordu qurmağa çalışır. Suriya hökuməti isə bildirir ki, ABŞ İŞİD-çiləri təhlükəsiz bölgələrə daşıyaraq yeni əməliyyatlar üçün qoruyur”, - Türkiyə nəşri yazıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...