Müharibə başlasa, Rusiya böyük itkilər verəcək - Marçuk

 
Krıma qurudan dəhliz açmağa cəhd Rusiya qoşunları üçün böyük itkilərə səbəb olacaq.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəisi Yevgeni Marçuk çıxış edib.
 
"Rusiya üçün strateji əhəmiyyətli Mariupol istiqamətidir, ancaq mən düşünürəm ki, indi Rusiya bu sıçrayışa getməyəcək. Hücum etmək üçün aviasiyanı da cəlb etmək lazımdır, çünki bu dəhlizi üyütmək lazım olacaq. Onsuz da dəhliz dar olacaq. Bizim hərbçilərimiz çox ciddi hazırlaşıblar. Əgər Rusiya dəhlizi açmaq üçün müharibəyə başlasa, bu onlar üçün böyük itkilərə gətirib çıxaracaq. Çünki bu, Ukrayna üçün gözlənilməz olmayacaq", - Marçuk qeyd edib.