​MÜHARİBƏ ASTANASINDA: Rus ordusunun ən zəif yeri: AÇIQLANIB

 
    
 
Amerika ordusu rus ordusunun hibrid müharibəsi və ona qarşı effektiv mübarizə yollarına dair tədris vəsaiti buraxıb.
 
Cebhe.info xəbər verir ki, xüsusilə Rusiya ordusunun Ukrayna və Krımda apardığı hərbi əməliyyatlara diqqət çəkilib . Materialda həmçinin rus ordusunun zəif nöqtələri, hərbi gücü barədə də ətraflı məlumat yer alıb. Bu məlumat Amerika ordusuna ruslarla müharibədə qələbə şansı qazandırır. "Yeni nəsil rus ordusu" adlanan sənəd 68 vərəqdən ibarətdir.
 
2016-cı ilin dekabrında nəşr olunan vəsait barədə məlumat ancaq indi yayılıb. Sənədlərə əsasən, Rusiya ordusunun ən zəif yeri çağırışçılarda motivasiya olunmaması, zəif məntiqdir.
Üstəlik güclü aviasiya və artilleriya dəstəyi olsa da, burda da qeyri-dəqiqlik var. Sənədlərdə Amerika ordusuna elektron müharibə qaydalarını daha yaxşı öyrənmək məsləhət görülür.
 
Xəzər
Cebhe.info

Загрузка...
Загрузка...