Mühacirətdə olan jurnalistin yaxınlarına təzyiq olunur!

 
Turaninfo.org xəbər verir ki, Almaniyada siyasi mühacirətdə olan Müxalifət.az-ın əməkdaşı Anar Qasımovun ailə üzvlərinə və yaxınlarına təzyiqlər olunur.

Əldə etdiyimiz məlumata görə, jurnalist ölkəni tərk etdikdən sonra bir neçə polis əməkdaşı onun valideynlərinin yaşadığı evə gələrək A.Qasımovun harada olması ilə maraqlanıblar. Valideynləri onun ölkədən kənarda olduğunu desə də, polislər buna inanmayıb və qanunsuz olaraq evdə axtarış aparıblar. Onlar heç bir rəsmi axtarış izni tətbiq etmədən, A.Qasımovun istifadə etdiyi kompüterdəki materialları köçürüb, eləcə də mənzildəki jurnalistə aid əşyaların bir neçəsini özləri ilə aparıblar.

Bildirilir ki, polislərin bu qanunsuzluğuna etiraz edən valideynlərinə qarşı zor tətbiq olunub. Üstəlik, onlara deyiblər ki, A.Qasımov hakimiyyət əleyhinə yazmağa başlasa, onun əvəzinə valideynlərini həbs edəcəklər.

Onu da qeyd edək ki, jurnalist Avropaya getdikdən sonra onun vəzifədə olan bir neçə qohumuna qarşı da təzyiq olunub. Hətta onlardan bəzilərin polis idarəsinə çağırılaraq, sorğu-sual edildiyi vurğulanır. Daha sonra əlavə edək ki, bizdə olan məlumata görə A.Qasımovun haqqında cinayət işi qaldırılıb axtarış elan edilib.

Загрузка...
Загрузка...