Müğənni Prins öldü (VİDEO)

Prins kimi tanınan musiqiçi Rocers Nelsonun meyiti tapılıb. Musavat.com xəbər verir ki, məlumatı TMZ yayıb.
Müğənninin 57 yaşı var idi.
Prinsin ən məşhur hiti “Purple Rain” mahnısıdır. O, mahnını “The Revolution” qrupu ilə birgə ifa edib.
Qeyd edək ki, müğənni Prins Atlantadakı konsertindən sonra xəstəxanaya yerləşdirilmişdi.