Müğənni Hadisədən "Ermənistan bayrağı" açıqlaması

Müğənni Hadisədəni "Sosial media insanlara qara yaxma meydanı deyil"
Bir neçə gün əvvəl Türkiyədə "O ses çocuklar" musiqi yarışının növbəti seçim turunda libası erməni bayrağına bənzədlən müğənni Hadisə ona qarşı yönələn ittihamlara cavab verib. ANS PRESS-in məlumatına görə, “facebook” sosial şəbəkəsindəki profilində şərh yazan müğənni, onu tənqid edən mətbuat nümayəndələrinə belə cavab verib:
“Adətən haqqımda yazılan çox şeyə qulaq asmıram. Ancaq türklüyümə, mədəniyyətimə, mənliyimə əsassız fikir bildirənlərə bu sözləri deyirəm: “Cahillə cahil olmaqdansa, susmaq lazımdır. Sizin məşğul olacaq başqa işiniz yoxdur? Geyindiyim paltarı ucu-bucağı olmayan insanlıqdan kənar, xəstə xəyal gücünüzlə şərh edə bilməzsiniz. Sosial media insanlara qara yaxma meydanı deyil. Hər kəsə sülh və xoşbəxt bir həyat və dünya arzu edirəm. Sevgilər...””.

Hakkımda yazılan çoğu şeye kulak bile asmıyorum genelde ama Türklüğüme, kültürüme, benliğime asılsız yorum yapan yüreği küçük insanlara gelsin bu sözler. Cahille cahil olmaktansa susmak lazım... Uğraşacak işiniz mi yok? Giydiğim kıyafeti ucuğu bucağı olmayan, insanlık dışı, hastalıklı hayal gücünüzle yorumlayamazsınız!! Sosyal medya karalama meydanı değil.
Herkese barış ve huzur dolu bir hayat ve dünya diliyorum.
Sevgiler...
Bir müddət əvvəl mətbuatda "O səs çocuklar” yarışmasının aprel ayının 14-də baş tutan seçim turu zamanı Hadisənin geyindiyi libasındakı rənglərin erməni bayrağını əks etməsi ilə bağlı iddialar səslənib.
KİV-lərin yazdığına görə, qadın müğənninin geyimi üzərində Ermənistan bayrağının əks etdirən zolaqlar öz əksini tapıb.
Lakin libasın üzərindəki rənglərə diqqətlə baxıldıqda, müğənninin geyimindəki rənglərin ardıcıllığı ilə Ermənistan bayrağındakı rənglərin ardıcıllığı ilə eyni olmadığı aydın görünür.
Onu da əlavə edək ki, "TV 8" telekanalında yayımlanan "O səs çocuklar" yarışmasında azərbaycanlı Səbinə adlı qız iştirak edib və Kristina Aqileranın "Hurt" mahnısını səsləndirib. Onun möhtəşəm ifası münsiflərin diqqətini cəlb edib və üçünü də özünə döndərə bilib. Səbinə münsiflər kürsüsündə oturan Hadisə ilə eyni mahnını səsləndirdikdən sonra onu seçib.