Müdafiə nazirlərinin üçtərəfli Qəbələ görüşü başladı - FOTOLAR

Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşü başayıb.
Virtualaz.org-un məlumatına görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri düzüblər.
Sonra qonaqlar Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Hazırda Heydər Əliyev adına Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar başlayıb.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.