Müdafiə Nazirliyinin facebook səhifəsi fəaliyyətə başlayıb

Feysbuk sosial şəbəkəsində Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.
Turaninfo.az  Müdafə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 5-dən feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.
Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:
https://www.facebook.com/www.mod.gov.az
Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına feysbuk sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.