Müdafiə Nazirliyi ermənilərin itkilərinin sayını açıqladı – 200 ölü! - Rəsmi

Qarabağdakı qarşıdurmalar zamanı erməni tərəfinin itkiləri 200 nəfəri, yaralıları isə 500 nəfəri keçir.
 Bu sözləri Axar.az-ın sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı söyləyib.
 Onun sözlərinə görə, ermənilər artıq öz itkilərini elan etməyə başlayıblar: “Əgər dünən erməni tərəfi 29 nəfərin ölümündən danışırdısa, indi bu rəqəmi 50-yə qaldırıblar. Həmçinin, etiraf edirlər ki, itkin düşən 26 nəfər də məhv edilib. Əslində isə ermənilərin itkiləri həddən artıq çoxdur. Təkcə öldürülən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur”.
 Qeyd edək ki, bu gün Rusiya mətbuatına açıqlamasında Qarabağ separatçılarının Moskvadakı “nümayəndəliyi”nin sədrinin məsləhətçisi Arsen Məlik-Şaxnazaryan döyüşlərdə erməni tərəfindən 50 nəfərin öldüyünü, itkin düşən 26 nəfərin meyitinin döyüş bölgəsində qaldığını, 100 nəfərin yaralandığını bildirib.