Mübariz Mənsimov müflis olub? - Açıqlama/Video

Biz küllərdən yenidən doğulub çıxan insanlarıq. Ən aşağı düşüb, yenidən zirvəyə qalxa bilərik. Bizi heç bir qüvvə qorxuda bilməz.
 Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov ANS-ə müsahibəsində bildirib. Mübariz Mənsimov haqqında müflis olması barədə dolaşan söz-söhbətlərə aydınlıq gətirib. Bildrib ki, dünyanın hər yerində yaşanan iqtisadi böhranın "Palmali" şirkətlər qrupuna da öz təsirini göstərməsi normaldır.
 O, "Palmali"nin sadəcə dənizçilikdən kənar bütün işlərdən geri çəkildiyini, maliyyənin əsas işə yatırılacağını qeyd edib.
 "Palmali"nin iflas etmədiyini vurğulayan şirkət rəhbəri bir dənizçilik şirkəti olaraq 20 ildir fəaliyyətini davam etdirdiyini, sevilən və özünü isbat edən bir şirkət oldunu diqqətə çatdırıb: "Bizim içimizdə bir qısqanclıq var. Bu gün bu qısqanclıqları aşmalıyıq. Əgər bir azərbaycanlı iş adamı varsa, ona dəstək olmaq lazımdır. Ucuz sifarişlərlə, qara piarlarla məşğul olan insanlara sadəcə gülərək keçirəm. Bu cür işlərlə məşğul olanlar bu gün Azərbaycan prezidentinin yürütdüyü siyasətə zidd hərərəkət edən və sərbəst rəqabətin qarşısını kəsən insanlardır".
 Yeni gənc kadırların yetişəcəyini, gənc iş adamlarının sayının daha da artacağını söyləyən azərbaycanlı iş adamı bunun qarşını heç bir qüvvənin ala bilməyəcəyini qeyd edib.
 "Azərbaycan xalqı intellektual, zəngin və yaradıcıdır. Azərbaycanlılar ticarətin ustasıdır. Qara piarla məşğul olanlara buradan səslənərək bildrirəm ki, sizə ayıb olsun", - deyə "Palmali" rəhbəri deyib.
 Adının İŞİD-lə bir arada çəkilməsi məsələlərinə toxunan iş adamı "Palmali"nin nəinki İŞİD-in, hər hansı bir qanunsuz şirkətin bu günə qədər heç bir işini görmədiyini və bundan sonra da görməyəcəyini vurğulayıb.