Müasir kişilər niyə qoruyucudan istifadə etmir?

Alimlər bildirirlər ki, qoruyucusuz seks yalnız sonradan baş ağrı deyil, eyni zamanda çox təhlükəli xəstəliklər yaradır.
Publika.az xəbər verir ki, tədqiqatçılar təhlükə həyəcanının olduğunu bildirirlər. Belə ki, 90-cı illərdə kişilərin çox hissəsi qoruyucudan istifadə edirdisə, 2002-2010-cu illərdə 20 yaşına qədər gənclər ilk seksdə qoruyucudan istifadə etdiklərinə görə, bu göstərici 71 %-dən 80 %-ə qədər qalxmışdı. Lakin 2011-2014-cü illərdə bu statistika 78 %-ə qədər aşağı enmişdi.
Əslində 2 % elə də çox azalma deyil. Lakin Amerikanın İndiana Universitetinin mütəxəssisi Debbi Xerbenin bildirdiyinə görə, 2015-ci ildə bu statistika sürətlə aşağı düşməyə başlayıb. Xerbenin bildirir ki, öz tələbələri arasında apardığı sorğuya görə qoruyucular onlara yalnız hamiləlikdən qorunmaq üçün lazım olur. Başqa məqamlar haqqında tələbələrin 90 %-i düşünmür.
 
 
Günahın bir hissəsi də marketinqin üzərinə düşür. Belə ki, 90-cı və 2000-ci illər arası reklamlar yalnız xəstəliklərlə mübarizəyə aid olurdu. Amma hazırki reklamların çoxluğunda arzuolunmaz hamiləlik qeyd olunur.
Hazırda hamiləlikdən qorunmaq üçün qadınlar həblərdən istifadə edir. Kişilər bunu bildiyi anda isə qoruyuculara artıq lüzum görmür. Ancaq anlamırlar ki, cinsi yolla hər hansısa bir xəstəlik keçə bilər.
Onların xəstəliklərinin 40-60%-i cinsi yolla düşən kiçik infeksiyalarla baş qaldırır. Bu özünü biruzə verməsə də, gələcəkdə sonsuzluğa gətirib çıxarır.
 
 
İndiki gənclər daha çox porno videolara baxırlar və orda gördüklərini də seksdə tətbiq edirlər. Porno filmlərin çoxunda da qoruyuculardan istifadə olunmur. Sonda sperma kənara tökülür. Gənclərimiz də bu yoldan istifadə etdikdə düşünürlər ki, xanım hamilə qalmayacaq. Amma bu da yanlış məlumatdır.
Eyni zamanda bir neçə qadınla görüşürsənsə və ya bir gecəlik görüşdürsə, mütləq şəkildə qorunmaq lazımdır. Bəli! Deyəcəksiniz ki, qoruyucudan istifadə etmək sizə narahatlıq törədir. Qoruyucunun üzərinə bir az lubrikant əlavə edin. Bu vəziyyəti bir az da olsa düzəldəcək.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...