MTN şefi çamadan ovqatında: Bu nazirlik də ləğv olunur - Təcili

 
Mədəniyyət və Turizm Nazirliyi ləğv edilərək Gənclər və İdman Nazirliyinə birləşdirilir
 
Politika.Az-a daxil olan xəbərə görə, nazir Əbülfəz Qarayev artıq çamadan ab-havasındadır.
 
Məlumata görə, nazirliyin GİN-ə birləşdirilməsi ilə struktur islahatlarını reallaşdırmaq və qənaət etmək qərara alınıb.
 
Artıq Mədəniyyət və Turizm Nazirliyinin yeni qərarı ilə, nazirliyin rayon şöbələri ləğv edilib. Qərara əsasən, rayonlardakı yerli şöbələr faktiki olaraq ləğv edilib, onların rəhbərliyi və əməkdaşları işdən azad olunub.
 
Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin vaxtadək şöbələr fəaliyyətini, işçilər isə işlərini davam etdirəcəklər.
 
Mənbə əlavə edib ki, ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional mədəniyyət idarələri yaradılacaq. İdarənin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq.
 
Yəni, ləğv olunmuş 4 rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq. Amma onlar GİN-ə birləşdirilmiş strukturun tabeliyində fəaliyyətini davam etdirəcək.
 
Bu, dövlət səviyyəsində verilmiş qərardır. Bunun əhəmiyyəti odur ki, istər təhsil, istər mədəniyyət, istərsə də digər sahələrin regional şəkildə idarə olunması daha doğrudur. Bunun həm idarəçilik baxımdan, həm geniş bir bölgəni idarə etmək baxımından, həm maliyyə baxımından böyük əhəmiyyəti var.
 
Politika.Az xatırladır ki, müəyyən qədər ixtisarlar olacaq, amma ümumilikdə yeni sistem və effektli iş üçün bu, cüzi bir itkidir. Yerdə qalan işçilər başqa sahələrdə yerləşdiriləcək. O qədər də çox kadr itkisi olmayacaq. Bunlar hamısı düşünülüb.
 
Hər rayonda mədəniyyət şöbəsinin olmasına artıq ehtiyac yoxdur. Bütün dünya iqtisadi böhran yaşayır, eyni zamanda neft qiyməti aşağı düşür. Buna görə də Azərbaycan rəhbərliyi maksimal dərəcədə vəsaitlərə qənaət edərək islahatlar keçirir və daha səmərəli işlər görülür.
 
Hakimiyyətin postneft dövrü ilə bağlı idarəetmə sistemində dəyişiklikləri reallaşmaqdadır. Hakimiyyətin iqtisadi blokunda olan nazir və məmurların birgə müzakirəsi və dövlət rəhbərinin yekun qərarı belə olub ki, dotasiyalar dayandırılsın. Prezident Admininstrasiyası apardığı monitorinqlər zamanı müəyyən edib ki, büdcə vəsaitlərinin böyük hissəsi rayonlarda məmurlar tərəfindən çırpışdırılıb.

Загрузка...
Загрузка...