“MTN-ə nazirin izni olmadan heç kim buraxılmır...” – General

 
 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Elşən Tağıyevin epizodu üzrə şahid qismində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Xalid Əliyev ifadə verib.
 
O bildirib ki, Elşən Tağıyevin nazirliyə dəvət edilməsi intihar etmiş İlqar Əliyevin göstərişi əsasında olub: “Biz 3 nəfər klinikanın qarşınsa gedib, onu nazirliyə dəvət etdik. O da öz maşınında Azər Məmmədovla birgə gəldi”.
 
Təqsirləndirilən Elçin Quliyev isə deyib ki, buraxılış məntəqəsindən nazirliyin inzibati binasına nazir və onun müavinin icazəsi heç kəs buraxılmır.
 
DTX əməkdaşı Xalid Əliyev həmçinin ifadəsində deyib ki, Elşən Tağıyevin işlədiyi klinikanın qarşınına üç nəfər gediblər: "İlqar Əliyevdən göstəriş alandan sonra mənim maşınımla getdik. Azər müəllim işi icra edən şəxs idi. Elşən Tağıyev klinikadan 3-4 nəfərlə birgə çıxanda yaxınlaşdıq və onu nazirliyə dəvət etdik. O da öz maşını ilə getmək təklifini verdi. Azər müəllim onunla birgə nazirıiyə gəldi”.
 
Daha sonra zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə şahid Tofiq Hümbətov dindirilib. O, zərərçəkmiş qismində tanınan, sonradan intihar etmiş Malik Mustafayevin qaynı olduğunu söyləyib: “2014-cü ildə küçəyə çıxanda çoxlu maşınlar gördüm. Qonşular dedilər ki, vəhhabilərlə bağlı əməliyyat keçirilir. Sonra isə bildirildi ki, qonşunun evinə səhv gəliblər.
 
Axşam tərəfi maşını qarajda işə salanda içəri qaramaskalılar daxil oldu. Onlar səs salmamağa göstəriş verdilər. Dedilər ki, Mətləb Mustafayevlə bağlı evdə axtarəş aparılacaq. Yoldaşım Quran kitabını əlina aldı ki, and için. Bir nəfər çölə çıxıb zəng etdi. Qayıdanda “qorxmayın” söylədi. Axtarış başaldı.
 
Həmçinin hasardan keçib qardaşımgilin evini də axtardılar. Mətləbə aid flaşkart və sənəd axtardıqlarını dedilər. 4 saatlıq axtarışdan sonra heç nə tapmadılar. Sənədə qol çəkdim, orada heç nə tapılmadığı qeyd olunmuşdu”.
 
Tofiq Hümbətov qeyd edib ki, qaynı Malik Mustafayevin intiharı MTN-dəki haqsızlıqlarla bağlı olub. Elçin Quliyev isə bildirib ki, Malik Mustafayevin intiharına səbəb onun qardaşı Mətləb Mustafayev olub.
 
Növbəti proses sentabrın 8-də davam edəcək.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...