Mətanət Əsədova kimə ərə gedir? - Açıqlama

 
"Allah eləsin bu iş alınsın. Məni sevən şəxslər çox idi, ancaq axır ki, seçim edə bildim. Ailə qurmaq istəyirdim, o da alınacaq inşallah qismətdə varsa. Mən ondan asılıyam, o mənə icazə vermir ki, onun haqqında mediaya danışım".
 
Missiya.Az xəbər verir ki, bunu müğənni Mətanət Əsədova evlilik hazırlaqlar barədə danışarkən deyib. Sanballı adamla ailə quracam, işini açıqlaya bilmərəm. Ancaq onu deyim ki, ailə quracağım kişi sənət aləmindən deyil. Heç vaxt müğənni, musiqiçi ilə evlənmərəm. Çünki musiqi aləmi çox çətin aləmdir".
 
"Nişan olubmu" sualına ifaçı gülərək cavab verib: "Mən qız uşağı deyiləm ki, nişan edim. Qoy işimiz tam alınsın, toy barədə mediaya açıqlama verəcəyəm".