Mətanət həbs etdirdiyi "Nida"çıdan danışdı: "Bağışlamaq fikrim yoxdur"

 
Müğənni Mətanət Əsədova həbs etdirdiyi keçmiş "Nida"çı Elsevər Mürsəllidən danışıb.
 
Sənətçi Ölkə.Az-a açıqlamasında Mürsəllini bağışlamaq fikrində olmadığını deyib:
 
"Bağışlamaq fikrim yoxdur. Neçə vaxtdır məhkəmə gedirdi. İlk gündən demişdim ki, onu bağışlamayacağam. Bu insan hər məhkəməyə gələndə əsəbimə toxunmaq üçün zalda gülürdü. Bu necə tərbiyə alıb axı? Əvvəlcə Nəsimi rayonunda bir ilə yaxın proseslər getdi. Ardınca Xaçmaz və Sumqayıtda məhkəmə oldu. Bundan sonra kim mənim haqqımda pis nəsə yazsa, təhqir etsə, bu cür aqibət gözləyir. Otuz ildir efirdəyəm, bir insanı təhqir etməmişəm, ixtiyarım da yoxdur. Bu işdən də əvvəl o uşağı tanımırdım. Qanundan kənar hərəkət etmədim, hökumətə, xalqa hörmətlə yanaşıb, qanunla hərəkət elədim. Axıra qədər dirəndim ki, tutulmalıdır".
 
Xatırladaq ki, bir müddət öncə Xaçmaz rayon məhkəməsi E.Mürsəlli haqda 6 ay şərti cəza qərarı çıxarmışdı. Lakin bu qərar Bakı Apellyasiya Məhkəməsində ləğv edilərək, onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, E.Mürsəlli sosial şəbəkədə Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında xoşagəlməz ifadələr səsləndirmişdi.