Məşhur yəhudinin əlyazması 140 min avroya satıldı - VİDEO

 
Hollandiyanın Haarlem şəhərindəki Bubb Kuyper hərrac evində nasistlərdən qaçdığı günlərdə yazdığı gündəliklə məşhurlaşan Anne Franka aid əlyazma 140 min avroya satılıb.
 
Teleqraf.com xəbər verir ki, 30 min avro qiymətdən auksiona çıxarılan əlyazma şeir 2 dəqiqə ərzində internet üzərindən hərraca qatılan bir müştəri tərəfindən alınıb.
 
Holland dilində yazılmış şeir Anne Frank və ailəsinin Amsterdamdan nasistlərin əlindən qaçmalarından üç ay öncə, 28 mart 1942-ci ildə yazılıb.
 
“Sevgili Cri-Cri” xitablı şeir “Anne Frankdan” imzası ilə sona çatır.
 
Hitlerin iqtidara gəlməsindən 4 il öncə, 1929-cu ildə Frankfurtda doğulan Anne Frank və ailəsi nasistlərin yüksəlişindən sonra Amsterdama qaçır. Nasistlər 1940-cı ildə Hollandiyanı işğal etdikdən sonra isə yenidən qaçmağa başlayırlar. İki il ərzində başına gələnləri gündəliyinə yazan A.Frank 1945-ci ildə vəfat edir.
 
Frankın gündəliyi ilk dəfə 1947-ci ildə çap edilir. Gündəlik aradan ötən bu zamanda 67 dildə 30 milyondan çox satılıb.
 
Frankın gündəlikləri Avropada uşaqlara Holokostu izah etmək üçün oxudulur.