Məşhur türk müğənnisi Bakıda toyda - Video

Türkiyəli müğənni Hande Yener Bakıda iş adamının oğlunun toyunda oxuyub.
 
Baku.ws xəbər verir ki, ifaçı toydakı çıxışından video, həmçinin əməkdar artist Röya Ayxan və prodüser Toliklə (Tarix Əliyev) birgə çəkilən fotosunu paylaşıb.
 
O, şəkildə azərbaycanlı həmkarının yaradıcılığına heyranlığını ifadə edib.
 
"Mən bu qıza xəstə olmuşam. Röya kimi şirindir”, - H.Yener fotoya qeyd yazıb.