​Məşhur türk aktyor vəfat etdi (VİDEO)

 
Türkiyənin məşhur aktyoru Tarık Akan vəfat edib.
 
BAKU.WS-in məlumatına görə, son günlər ağciyər xərçəngi ilə mübarizə aparan aktyor 66 yaşında dünyasını dəyişib.
 
Bu barədə məlumatı “Milliyyet” qəzetinin yazarı Ali Eyüboğlu öz şəxsi hesabından paylaşıb.
 
Qeyd edək ki, Tarık Akan yüzdən çox türk filmində rol alıb. Aktyor xüsusi ilə “Hababam sınıfı” filmindəki “Damat Ferit” obrazı ilə tamaşaçıların rəğbətini qazanıb.