Məşhur sənətçi Tarkan evləndi - FOTOLAR

Türkiyəli məşhur müğənni Tarkan dünya evinə girdi.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bir neçə aydır, sevgili olduğu Pınar Dilək adlı xanımla ailə həyatı qurub.
Məlumata görə, məşhur sənətçi aprelin 29-da villasında sadə bir nikah mərasimi təşkil edib.
Cütlüyün toy mərasiminin isə yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir.
Tarkan-Pınar Dilək evliliyi sosial şəbəkələrdə günün ən çox danışılan mövzusu olub.