Məşhur rəssamın oğlunun məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə istintaqı davam edib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Məhkəmə istintaqı tamamlanıb. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi aprelin 14-də-davam edəcək.
Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır.
O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.