Məşhur reper: “Kitayski Qurdlar peyda olmağa başlayıb” – VİDEO

Qurd ləqəbi ilə tanınan reper Fərid Eminov “Deyin ona” adlı yeni klipini təqdim edib.
Publika.az xəbər verir ki, mahnının sözləri və musiqi tərtibatı reperin özünə aiddir. Klipin rejissorluğu Nicat Zeynallıya həvalə olunub.
Qurd təqdimat mərasimində bildirib ki, mahnılarının məşhurlaşması və sevilməsi üçün böyük zəhmət çəkir. Reper onu eyni tərzdə mahnılar oxumaqdan ittiham edənlərə cavab verib:
“Hər sənətçinin özünəməxsus tərzi var. Bu tərzdə yazdığım mahnıların insanlar tərəfindən sevilməsi məni xoşbəxt edir. Elə buna görə də bir çox müğənnilər Qurddan qorxur. Yeni proyektlərimin hit olması onları narahat edir. Çünki mahnılarım insanlarda yüksək əhval-ruhiyyə yaradır. Lakin bütün bunlar mənim yaradıcılıq həvəsimə təsir göstərmir. Sözsüz ki, sənət adamları arasında rəqabət var. Rəqabət yeni işlərin görülməsi üçün stimul verir".
Qurd yeni klipnin maraqla qarşılanacağından şübhə etmədiyini də dilə gətirib:
“Uğurlu olacağına və seviləcəyinə inanıram. Dediyim kimi bu tərzin bəlli dinləyici kütləsi var. Kimisə özümə rəqib görmürəm, lakin son vaxtlarda “kitayski” Qurdlar peyda olmağa başlayıb. Onlara məsləhət görmüşəm ki, öz tərzlərini yaratsınlar. Qurd 6-8 ritmlərlə repə gəlib və məşhur olub. Öz bazarım və dinləyicim var. Başqasının tərzini təkrarlamaqla, sənin biznesinə göz dikirlər. Düşünürlər ki, onlar qısa müddətdə seviləcək və çoxlu dinləyiciləri olacaq. Heç vaxt olmayacaq! Çünki dinləyici onlara müğənninin “kitayski” variantı kimi yanaşacaq”.

Загрузка...
Загрузка...