Məşhur repçi dünyanın düz olduğunu iddia edir: "Uzaq şəhərlər niyə düz görünür?"

Amerikalı repçi B.o.B. (Bobby Ray Simmons Jr) dünyanın yuvarlaq deyil, düz olduğunu sübut edəcəyini iddia edib.
Publika.az xəbər verir ki, o, Yerin real kosmik görüntüsünü əldə etmək üçün pul toplamağa başlayıb. O, topladığı pula kosmik gəmi almaq və Yerin orbitinə göndərərək görüntülər əldə etmək istədiyini deyib.
 
Repçi iddialarını təsdiq etmək üçün 16 km uzaqlıqda yerləşən şəhərin niyə yuvarlaq deyil, düz formada göründüyü arqumentini gətirib.
 
 
Bob NASA əməkdaşlarının dünyanın müxtəlif yerlərində dayanaraq adi insanların düz formada olan dünyadan kənara çıxmasını əngəllədiyinə inanır. Bu aksiomu sübut etmək üçünsə dünyanın düz olduğunu təsdiq edəcək qövsün axtarışına çıxıb.
 
 
Kampaniyası haqqında sosial şəbəkələrdə elan verən repçi “GoFundMe” saytı vasitəsilə 200 000 dollar civarında pul toplamağı hədəfləyib. Hazırda kampaniya üçün 650 dollar pul toplanıb.
Məşhur repçinin kampaniyası cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri ona dəstək olsa da, bəziləri Bobun yanlış yolda olduğunu göstərmək üçün kampaniyaya pul bağışlayıb.
Zümrüd

Загрузка...
Загрузка...