Məşhur narkobaronun sağ əli saxlanıldı

Meksika hüquq-mühafizə orqanları Sonora ştatında “Sinaloa” narkotika kartelinin rəhbərlərindən olan Raul Beltran Kinteronu ələ keçiriblər.
Axar.az xəbər verir ki, Kintero regionda cinayət aləminin fəaliyyətinə nəzarət edirmiş.
Onunla birlikdə 8 nəfər də həbs olunub.
Əməliyyat zamanı ABŞ-dan qaçırılmış iki avtomobil, müxtəlif kalibrli tapançalar, patronlar və daraqlar ələ keçirilib.
Qeyd edək ki, Raul Beltran Kintero 2015-ci ilin iyulunda ələ keçirilmiş məşhur narkobaron Xoakin Qusmanın sağ əli sayılırdı.