Məşhur müğənninin ölümü canlı yayımda - Video

Dünya şöhrətli pakistanlı müğənni Amjad Sabrinin güllələnməsi ölkədə şok effekti yaradıb.
 Axar.az xəbər verir ki, Pakistanın “A Plus Liv” kanalında canlı yayım zamanı müğənninin ölüm xəbərini öyrənən aparıcı gərgin anlar yaşayıb. O, Sabrinin ölümündən xəbər tutan kimi ağlaya-ağlaya verilişi tərk edib.
 Qeyd edək ki, Sabri sufi cərəyanının musiqisi hesab edilən Kavvali üslubunda ifaları ilə məşhurlaşıb. Ötən il bir mahnısında Məhəmməd peyğəmbərdən bəhs etdiyi üçün ona dinə təhqir ittihamı ilə cinayət işi açılmışdı.
 Amjad Sabri dünən Pakistan Talibanı tərəfindən öz maşınında güllələnib.