Məşhur müğənninin Kim Çen Ina məktubu: “Ayağınıza gələcəm”

Baxış sayı: 
225
0  
0  

Məşhur italiyalı müğənni Albano Karissi Şimali Koreya lideri Kim Çen Ina məktub yazıb.
Publika.az xəbər verir ki, müğənni bütün dünyanı nüvə silahları ilə təhdid edən Koreya liderinə sülh çağırışı edib:
“Ölkənizdən gələn görüntülərdə xalqınızın sizi nə qədər sevdiyini və hörmət etdiyini görürük. Təbii ki, bu sevgi səmimidirsə… Amma başqa insanlarla bağlı bir probleminiz olduğu açıq-aydın ortadadır. Bu, xüsusilə, nüvə silahları proqramlarınızdan sonra daha qabarıq görünür.
Müharibə qışqırıqlarından vaz keçin, sülhü seçin. Biz sənətçilər də ayağınıza qədər gəlib mahnılarımızla bunu bayram edək”.
Keçirdiyi festivallarla məşhurlaşan müğənni məktubunda Kim Çen Inı Adolf Hitler, Səddam Hüseyn kimi dünya liderləri ilə müqayisə edib və onların əməllərini xatırladıb.
Zümrüd

Загрузка...
Загрузка...