Məşhur müğənnidən azərbaycanlılarla bağlı ŞOK İFADƏLƏR: “Qara “tursik”dən...” - MÜSAHİBƏ

“Karvan” qrupunun solisti, müğənni İlqar Xəyal bu müsahibəsini oxuyandan sonra ağlına Qismətin “Otaq geniş idi, zaman darıydı” ifadəsi gələcək. Çünki işlətdiyi sözlərə görə peşmançılıq çəkə bilər. Ürəyi sözlə dolu olan ifaçı, bütün şikayətlərini öz müsahibəsində dilə gətirməsinin səbəbi isə cəmiyyətin zövqsüzlüyü imiş...
Publika.az sənətçinin müsahibəsini təqdim edir.
- Son zamanlar ifaçılarımız köhnə mahnılarının “remake” versiyasını təqdim etməklə, insanlara həm nostalji hisslər yaşadır, həm də yenidən gündəmə gəlirlər. İlqar Xəyal isə sanki qınına çəkilib, oturub...
- Qınıma çəkilib oturmamışam, fəaliyyətdəyəm. Ancaq mənim fəaliyyətimlə maraqlanan insanların sayı azdır.
 
 
- Verilişlərə çağırmırlar?
- Yox, özüm getmirəm. Çünki bizim efirlərimizdə ağlamalı, insanların heysiyyatı ilə oynamağı xoşlayan, onların şəxsi həyatına, cibinə, qarderobunun içinə girmək istəyən aparıcıların sayı həddindən artıq çoxdur. Onlar üçün maraqlı və reytinqli olanların adlarını siz bilirsiniz, bir daha çəkməyə ehtiyac yoxdur. Həmin verilişlərə getmirəm. Yəni, telekanalarda nümayiş etdirilən bazar, skandal, ağlamaq, göz yaşı, bayağı Azərbaycan musiqisi səslənən verilişlər mənlik deyil.
- Həmkarlarınız kiçik məkanlarda da olsa konsertlər verirlər. Nə sizin konsertinizi görürük, nə də onlara dəstək üçün belə həmin tədbirlərə gəlmənizi...
- Məni yerli şou-biznes maraqlandırmır. Yetərincə də ölkə xaricində konsertlərim olur. Məsələn, avqust ayında Bodrumda iki konsertim baş tutdu. Kiçik də olsa, böyük də olsa fəaliyyətim var. Sırf estrada musiqisi ilə məşğulam. Bu janr isə böyük kütlə üçün maraqlı deyil. Çünki klassik estrada ifaçısıyam.
- Ən azından bir klip çəkdirib, tamaşaçılarınızı sevindirə bilərsiniz...
- Belə bir şey hələ ki istəmirəm. Ona qalsa, Azərbaycana ilk rəsmi klipi gətirən adamam. “Sarı güllər” klipi Azərbaycanda yayımlanmış ilk rəsmi klipdir. Burada qeyri-rəsmilərdən söhbət getmir. Azərbaycan televiziya məkanında yaxşı əsərlərlə öz sözümü demişəm.
 
 
- “Sarı güllər” demişkən, solisti olduğunuz “Karvan” qrupunun üzvləri ölkəni tərk edib, getdilər. Bunun səbəbi nə idi?
- “Karvan” qrupunun digər nümayəndələrinin başqa ölkələrdə yaşamasının səbəbi bu gün cəmiyyətimizdə olan vəziyyətdir. Onlar daha çox Avropanı, Amerikanı seçdilər. Çünki orada onlara qiymət verirlər.
- İnsanlarda zövqsüzlüyə qarşı meyil yaranıb. Daha çox bayağı mahnılar hit olur. Bununla necə mübarizə aparmaq lazımdır?
- Azərbaycanda zövqsüzlüyə qarşı mübarizəni qətiyyən görmürəm. Bayağı mahnılara dəstək verənlər isə proqramlardır. Televiziyanı açdığım zaman orada gördüyüm verilişlərdən dərhal depressiyaya düşürəm, məyus oluram. Bu məyusluq hissindən də arzularımda, etmək istədiklərimdə sınma prosesi gedir.
- Bu sahədəsinizsə, güclü olmaq mütləqdir. Bunlar hər zaman olan məqamlardır...
- Tək bu deyil, axı. Biz geyinmişik bizə lağ ediblər, sonra bizə baxıb geyinməyə başlayıblar. Addımlamışıq lağ ediblər, sonra bizim addımlarımızla hərəkət etməyə başlayıblar. Yeni üslublar gətirmişik, arxamızca danışıblar, qınaq mənbəyi olmuşuq, yenə bizi təkrarlayıblar.
1980-ci illərdə “trapes” şalvarlar geyinirdik, bizi lağa qoyurdular, sonra onlar “trapes”, biz də dar şalvarlar geyinməyə başladıq. İndi onlar dar şalvar geyinir, biz də bir şey fikirləşib, taparıq. Onlar bizim arxamızca 50 il geridə gəlirlər, amma gələ-gələ də bizə yük olub, ayağımızdan yapışırlar. Ona görə də bizdə, bu cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Psixologiyalar, dünya görüşləri dəyişməlidir. Bu yaxınlarda Avropada bir ölkədə idim, orada azərbaycanlıları dərhal əynindəki qara “tursik”lərdən tanıdım. Bildim ki, bizimkilərdir.
 
 
- Bu qədər şikayətçisiniz, ancaq yenə də Azərbaycandasınız...
- Xalqımı sevirəm, patriot bir insanam. Azərbaycanı tərk edib, başa ölkədə yaşamaram. Azərbaycanlı balası olaraq burada yaşamağı seçmişəm. Başqa ölkələrdə yaşamağı təklif ediblər, getməmişəm. Ancaq cəmiyyətimizin bu kortəbiiliyindən çox əziyyət çəkirəm. Digər kolleqalarım da həmçinin. Bu gün mübarizənin formaları dəyişir və dəyişəcək.
- Səhv etmirəmsə, həm də tar ifaçısısınız...
- Bəli, milli alət təmsilçisiyəm, tar sinifini bitirmişəm. Tar alətində də ağlamlı musiqi ifa etməmişəm. Bizim böyük bəstəkarlarımızın Hacı Xanməmmədovun, Süleyman Ələsgərovun, Adil Gərayın virtuoz əsərlərini ifa etmişəm. Hər zaman tar alətində də hansısa bir novatorluq göstərməyə çalışmışam. İlk dəfə milli musiqi alətində estrada qrupu ilə Adil Gərayın “Bağça kürd” əsərini ifa etmişəm. İndi milli musiqi alətlərimizlə interpretasiyalar etmək dəbə minib. Həmişə kreativlik, irəliləyiş tərəfdarı olmuşam. Ancaq cəmiyyətimiz bizi həmişayağımızdan aşağı dartıb.
- Aldığınız qonorarlar necə, sizi qane edir?
- Dünyanın başqa ölkəsində yaşamış olsaydım, Maykl Cekson, Stinq, Stiv Vander kimi milyonçu müğənnilərdən olardım.
- Müsahibə üçün təşəkkür edirəm.
- Mənim üçün də xoş oldu...
Pərviz Hüseyn,
Foto: Günay Məsimzadə

Загрузка...
Загрузка...