Məşhur müğənni təyyarədə BİABIRÇILIQ ETDİ

Baxış sayı: 
186
0  
0  

Türkiyəli müğənni Bülent Ersoy təyyarədə qalmaqal yaradıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, biznes klassda gedən məşhur sənətçi yanında heç kimin oturmasını istəməyib. Tək oturmaq istəyən müğənni səsini yüksəldib. “Yanımda kiminsə oturmağını istəmirəm” deyən ulduz aləmi bir-birinə qatıb. Türk Hava Yollarının işçiləri “Onda yanınızdakı yerin biletini də alardınız” desə də, Bülent Ersoyu heç cür sakitləşdirmək mümkün olmayıb. Təxminən yarım saat davam edən bu qalmaqaldan sonra sərnişin ulduzun çirkab mövqeyinə boyun əyərək başqa oturacaqda əyləşməli olub.
Məlum olub ki, təyyarədə olan Çağla Şikellə Özge Ulusoy hadisənin şahidi olub. Onlar olayları sadəcə izləməklə kifayətlənib.
Xatırladaq ki, 2015-ci ildə Bülent Ersoy Antalya-İstanbul səfəri zamanı təhlükəsizlik kəmərini bağlamadığı üçün təyyarə hərəkət etməmişdi. Pilot müğənninin üzündən havaya qalxmamış və terminala geri dönmüşdü. Bu hadisədən sonra Ersoy “Sərnişinlərin huzur və sükutunu pozmaq” maddəsi ilə məhkəməyə verilmişdi.

Загрузка...
Загрузка...