​Məşhur müğənni sərvət dəyərində çəkmə aldı - FOTO

Baxış sayı: 
208
0  
0  

Demet Akalın 33 min TL- yə (təxminən 17 min manat) çəkmə alıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikaya gedən müğənni bir neçə həftə əvvəl sifariş verdiyi çəkmələrə qovuşub. Dəbdəbəli həyat tərzi ilə tez-tez gündəmə gələn məşhur müğənni zərli çəkmələrinin şəkillərini sosial şəbəkədə paylaşıb.

Üzəri svarovski qaşları ilə bəzədilən çəkmələr dünyanın ən bahalı geyim markalarından olan “Yves Saint Laurent”-ə aiddir. Onun dəyəri isə 33 min TL-dir (təxminən 17 min manat).

Загрузка...
Загрузка...