Məşhur model prezidentin qərarına qarşı çıxdı

Baxış sayı: 
170

Fələstin əsilli amerikalı model Bella Hadid ABŞ Prezidenti Donald Trumpın Qüds qərarına reaksiya göstərib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur milyonçu Məhəmməd Hadinin qızı Qüdsü İsrailin paytaxtı kimi tanımasına qarşı çıxıb.
Dünya şöhrətli model 16 milyonluq abunəçisi olan İnstaqram hesabından Qüdsün bir fotosunu paylaşaraq qırılmış ürək işarəsi qoyub və fikirlərini belə ifadə edib:
“Çox kədərli bir gündür. Xəbərləri seyr edib Ffləstinli insanların acısını izlədikcə ağlayıram. Atamın, qohumlarımın və ailəmin incidildiyini görmək çox çətindir. Qüds bütün dinlərin evidir. Fələstin xalqına edilənlər ədalətsizlikdir və bu vəziyyətə tolerantlıq göstərilməz. Mən onların tərəfində dayanıram. Kiməsə qarşı nifrətim yoxdur. Bütün dinlər yan-yanadır".
Hadidin şərhə qapalı paylaşımı 1 milyona yaxın bəyənilib.
Aytən

Загрузка...
Загрузка...