Məşhur geyim brendindən AZƏRBAYCANA HÖRMƏTSİZLİK - FOTO

 
“Gənclik Mall” AVM-də dilimizə hörmətsizlik olunub.
Publika.az xəbər verir ki, ticarət mərkəzində yerləşən “Staridivarius” mağazasında asılan tablodan dilimizə aiddiyyəti olmayan sözlərdən ibarət tablo diqqət çəkib. Müğənni Mehin Hümbətova sosial media hesabında həmin fotonu paylaşaraq fikirlərini belə ifadə edib:
 
 
“Geyinmə otağının qarşısına yaxınlaşıb bu tabloyla qarşılaşdım. Satıcılara narazılığımı da bildirdim. Kənarda bir orta yaşlı qadının da menecerlə bu barədə danışdığının şahidi oldum. Bütün işçilər heç nə olmamış kimi çox sakit reaksiya verirdilər. Yalnız konsepsiya yeniləndiyi zaman o tablonu dəyişəcəklərini bildirdilər. Onu ordan çıxarmaq bu qədər çətindir?! Dilimizi təhqir olunmuş formada gözümüzə soxursuz. Dilinizə, milli dəyərlərinizə hörmət etmirsiniz?! Axı, siz də bu millətin balalarısınız. Bu məsələyə necə biganə qalırsınız? Onsuz da Sovetlər dönəmindən dilimizdən qopmaq bilməyən yarım-yapalaq rus sözlərindən qurtula bilmirik. Bir də üstünə savadsız şəkildə türkləşmiş kəlmələrlə tablolar böyüdüb “mall”lardan asırsız. Nə yaxşı ki, turistlər başa düşmürlər. Güclə özümüzə dünyada nüfuz qazanmaq istəyirik. Yazınızı oxusalar heç üzümüzə də tüpürməzlər”.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...