Məşhur futbolçudan Türkiyə millisinə sərt sözlər

Türkiyə millisinin tanınmış veteran futbolçularından olan İlhan Mansız Türkiyə millisinin ötəngünkü zəif çıxışına reaksiya verib.
 Axar.az xəbər verir ki, İ.Mansız İnstoqram səhifəsində Türkiyə milli komanda üzvlərini “adam kimi oynamamaqda” günahlandırıb.
 “Adam kimi top oynayın, 36-dan sonra futbola təkrar başlatmayın”.
 Onun bu tviti qısa müddətdə çoxsaylı paylaşım və bəyənmələr alıb.
 Xatırladaq ki, ötən gün Türkiyə millisinin İspaniyaya 3:0 hesablı məğlubiyyəti qardaş ölkə fanatlarının kəskin etirazına səbəb olub. Türkiyəli fanatlar baş məşqçi Fatih Terimi təhqir edir, ona, onun ailə üzvlərinə qarğışlar yağdırırlar.