Məşhur cütlüyün 800 minlik toyundan - Fotolar

Türkiyənin məşhur cütlüyü Kənan İmirzalıoğlu və Sinəm Kobalın toy mərasimi baş tutub.
Turaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik tədbirlərinin alındığı toya mətbuat nümayəndələri buraxılmayıb. Məşhur cütlük  mərasimdən öncə jurnalistlərin qarşısına keçərək poza verib və onların suallarını cavablandırıb.
Kənan ilə Sinəm mərasim zalına toy marşı ilə girib və Giorgos Dalarasın “Ta Tragoudia Mou” mahnısının sədaları altında qonaqlarla görüşüblər. Sinem Kobalın nikah şahidi vəfat edən xalası Gülay Derecinin həyat yoldaşı Erdal Dereci, Kənan İmirzalıoğlunun isə Əhməd Sınav olub.
Maqazin dünyasında “İlin toyu” adlandırılan mərasimə Bergüzar Korel, Kıvanç Tatlıtuğ, Cansu Dere, Barış Falay, Burak Özçivit, Ebru Akel, Fahriye Evçenm, Engin Altan Düzyatan kimi bir çox məşhur ad qatılıb.
Qeyd edək ki, cütlük toy üçün 800 min lirə xərcləyib.