Məşhur baş məşqçi alman vətəndaşlığından imtina edib - İDDİA

Almaniya parlamentinin qondarma "erməni soyqırımı"nı qəbul etməsinin ardından reaksiyalar ard-arda gəlir.
Musavat.com xəbər verir ki, bu dəfə isə Bundestaqın qərarına alman məşqçi Kristof Daunun reaksiya verdiyi iddia olunur.
Məlumata görə, parlamentin qərarından sonra baş məşqçi Almaniya vətəndaşlığından imtina edib.
Qeyd edək ki, K.Daun uzun müddət Türkiyədə “Fənərbaxça” və “Beşiktaş” klublarının baş məşqçisi olub.