​Məşhur azərbaycanlı meyxanaçı 25 il bundan öncə yoxa çıxan qardaşını axtarır (VİDEO)

 
 
Səs-küylü meyxanaçı və müğənni Samirə Yusifqızı uzun illərdən sonra qardaşının axtarışına çıxıb.
 
BAKU.WS xəbər verir ki, müğənni 25 il bundan öncə yoxa çıxan qardaşını tapmaq üçün Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə gəlib.
 
Samirənin sözlərinə görə, “1993-cü ilə qədər münasibətimiz olub:
 
“Ondan sonra əlaqələrimiz kəsilib. O, mənim ögey qardaşımdır. Atamız birdir, anamız ayrı. Onlar Azərbaycandan köçüb gediblər. Maraqlandım, yaşadıqları evi də söküblər. Mənim axtarmağa imkanım olmayıb, heç olmasa o axtarardı. Başına nəsə gəlsəydi xəbərim olaydı. Atam 1994-cü ildə rəhmətə getdi, əlaqəmiz kəsildi. Onun dayıları Amerikada yaşayır”.
 
Verlişdə Samirə Yusifqızının çıxışını sizə təqdim edirik:

Загрузка...
Загрузка...