Məşhur azərbaycanlı biznesmeni oğurlayıb 3 milyon istədilər

 
İstandulda məşhur azərbaycanlı iş adamı keçmiş işçisi tərəfindən girov götürülüb və milyonlarla pul tələb olunub.
 
BAKU.WS xəbər verir ki, Azərbaycanın geyim brendlərindən birinin sahibi olan Mustafa T. keçmiş işçisi azərbaycanlı Lətifə M. və onun rəfiqəsi ilə İstandulda görüşüb. Qadının təşəbbüsü ilə baş tutan görüşün “məqsədi” işlə bağlı danışıqlar aparmaq olub.
 
Lətifə.M-in evində baş tutan görüş zamanı maskalı şəxslər silahla iş adamını hədələyib və onu iki gün girov tutublar.
 
Mustafa M.-in qeyri-etik fotolarını çəkən silahlılar iş adamına deyiblər ki, Azərbaycana qayıdanda 3 milyon dollar gətirsin. Bundan başqa, silahlılar iş adamının üstündə olan 9000 manata yaxın nəğd pulu götürüblər.
 
Bir gün sonra isə Lətifə M. və silahlılar Mustafa M.-i xəstəxananın qarşısında avtomobildən ataraq qaçıblar. Polis silahlıların izinə düşüb. Biznesmen polisə ifadəsində deyib ki, onu girov götürən keçmiş işçisi Lətifədir.
 
Daha sonra polis əməkdaşları cinayətkarların qaldığı villaya basqın edib və bir nəfəri saxlayıb. İstintaq zamanı məlum olub ki, dəstəyə iki azərbaycanlı qadın liderlik edir. Polis əməliyyatın miqyasını genişləndirib və nəticədə 5 nəfərdən ibarət dəstə üzvlərinin hamısı həbs edilib. Onların arasında Türkiyə və Özbəkistan vətəndaşları da var.
 
Lətifə M. ifadəsində deyib ki, Mustafa M.-in girov götürülməsini Özbəkistan vətəndaşı “Sabrina” ləqəbli Mushtary S. Planlaşdırıb. İstintaq davam edir.