Məşhur amerikalı müğənni vəfat etdi – VİDEO

 
 
Soul janrının məşhur ifaçılarından Çarlz Bredli 69 yaşında Nyu-Yorkda vəfat edib.
 
Turaninfo.org APA-ya istinadən xəbər verir ki, bu barədə müğənninin Twitter sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
 
Müğənni mədə xərçəngindən vəfat edib.
 
Qeyd edək ki, Ç. Bredli 1948-ci ildə Floridada anadan olub.  Müğənni kimi 1960-cı illərdə səhnəyə çıxan Ç. Bredli karyerasında uğurlara son illərdə nail olub. Müğənninin ilk albomu yalnız 2011-ci ildə satışa çıxıb.  Ç. Bredli bu müddət ərzində aşbaz işləyib, klub və restoranlarda çıxış edib. Məşhur prodüser Qabriel Rot onu belə çıxışlarının birində kəşf edib və albom çəkilişinə dəvət edib. 2016-cı ildə üçüncü albomundan sonra müğənni tez-tez televiziya verilişlərinə dəvət olunub, konsertləri təşkil edilb, “Emmi” mükafatına layiq görülüb.

Загрузка...
Загрузка...