​Məşhur aktyorla vida mərasimi keçirilir – Kılıçdaroğlu da qatıldı

 
“Yeşilcam”-ın əfsanəvi aktyoru Tarık Akan bu gün son mənzilə yola salınır. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 66 yaşında ağciyər xərçəngindən vəfat edən aktyorla vida mərasimi Muhsin Ərtoğrul Teatrında keçirilir. Tarık Akanın son mənzilə yola salmaq üçün sevənləri teatra axın edib. Minlərlə adamın qatıldığı mərasimdə Akanın dostları xatirələrini bölüşüb. Akanın nəşi mərasim zalına alqışlarla gətirilib. Salonda aktyorun gəncliyindən vəfatına qədər davam edən həyat hekayəsindən bəhs edən videoçarx nümayiş edilib və “Hababam” filmindən səslər yüksəlib.
 
Tarık Akanın anım mərasimində Türkiyənin 10-cu  prezidenti Əhməd Necdət Sezər də qatılıb. Sezərin sürpriz ziyarəti salondakıların alqışlarıyla qarşılanıb.
 
CHP sədri Kamal Kılıçdaroğlu da mərasimdə iştirak edib və Akanın ailə yaxınlarına başsağlığı verib.
 
Aktyorla vida mərasimi davam edir. O,  Bakırköydəki Zuhuratbaba Qəbiristanlığına dəfn olunacaq.