​Məşhur aktyor Rövşən Lənkəranskinin yasında iştirak edəcək

 
 
Türkiyədə öldürülən qanuni oğru Rövşən Lənkəranskinin hüzr mərasimində tanınmışlar iştirak edəcək.
 
24saat.org məlumat verir ki, məşhur türk aktyoru Necati Şaşmaz (Polat Alemdar) və müğənni Mahsun Qırmızıgülün yas məclisində iştirakı gözlənilir. Lənkəranskinin hüzr mərasiminə dünyanın müxtəlif yerlərindən dostları, kriminal avtoritetlər, ayır-ayrı təbəqənin insanları gəlirlər.
 
Məşhur "qanuni oğru” "Ded Xasan”ın qətlindən sonra Rövşən Lənkəranski əsasən Birləşmiş Ərəb Əmirliyində – Dubayda yaşayıb, İstanbula isə mütəmadi gəlirmiş.
 
Xatırladaq ki, Rövşən Lənkəranski avqustun 17-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində naməlum killerlər tərəfindən içərisində özü ilə bərabər daha iki nəfərin olduğu "Range Rover”in gülləbaran edilməsi nəticəsində dünyasını dəyişib. Avtomobildən killerlərə cavab atəşi açılıb. "Range Rover”in sürücüsü və Rövşən Lənkəranski çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, kriminal avtoritet isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Türkiyə polisindəki mənbələrin bildirdiyinə görə, Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri onun gözünü sıyırıb və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.