​Məşhur aktyor qəzada öldü - FOTO

 
Türkiyənin tanınmış aktyoru Erdal Tosun səhər saatlarında baş verən avtomobil qəzası nəticəsində həyatını itirib.
 
Turaninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Sarıyer bölgəsində baş verib.
 
Məlumatlara görə, hərəkətdə olan avtomobilin sürücüsü yol ayrıcına girdiyi zaman idarəetməni itirib və aktyorun avtomobilinə çırpılıb. Hadisə zamanı digər sürücü xəsarət alıb.