Məşhur aktyor faciəvi şəkildə öldü

Məşhur Hollivud aktyoru Anton Yelçinin ABŞ-da baş verən yol qəzasında həlak olduğu haqda məlumat yayılıb.
Ölkə.Az xəbər verir ki, onun ölümü ilə bağlı informasını aktyorun köməkçisi Cennifer Allen təsdiqləyib.
27 yaşlı rus-yəhudi əsilli Anton Yelçinin bu gün səhər saatlarında öldüyü deyilir. Aktyorun dostlarından biri onun görüşə gəlmədiyini görərək Kaliforniyadakı evinə yollanıb. Məhz bu evdən bir neçə metr kənarda da Yelçinin meyiti və əzilmiş maşını tapılıb.
Yol qəzasının detalları hələ də məlum deyil. Polislərin sözlərinə görə, ilkin ehtimal ondan xəbər verir ki, aktyor şəxsi maşınının təkərinin altında qalıb. Qeyd edilir ki, hansısa naməlum səbəb Yelçini avtomobili əl əyləci rejiminə qoymadan düşməyə məcbur edib. Beləliklə maşın yüksək sürətlə öz sahibinin üstündən keçib.